Analoq yayımın dayandırılmasından sonra əsas problem...

Analoq yayımın dayandırılmasından sonra əsas problem...
15:22 18 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından 18 gün ötməsinə baxmayaraq əhalidən müraciətlər gəlməkdə davam edir.

Milli.Az xəbər verir ki, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva report-a bildirib ki, bu günədək əhalidən 43,5 min zəng qəbul olunub: "Bu say hələ müraciətlərin hamısı deyil. Analoq yayımın dayandırılmasından sonra fəaliyyət göstərən "qaynar xətt"ə (14-11 nömrəli) 44 minə yaxın müraciət daxil olub. Amma bizim digər şöbələrə də müraciətlər olur".

Onun sözlərinə görə, əhali, daha çox da yaşlı insanlar dekoderləri quraşdırmaqla bağlı problem yaşayırlar: "Bəzən bizim əməkdaşlar könüllü şəkildə yaşlı və ya xəstə insanların evinə gedir və yardım göstərirlər".

Z.Əfəndiyeva deyib ki, mövcud məsələ ilə bağlı bölgələrdən də zənglər gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR