Əflatun Amaşov Zabil Müqabiloğlunun müalicəsindən danışdı: "Razılıq əldə olunub"

Əflatun Amaşov Zabil Müqabiloğlunun müalicəsindən danışdı: "Razılıq əldə olunub"
15:24 18 Noyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

 

Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğluna qara ciyər köçürülməsi ilə bağlı iş aparılır.

 

Bunu Lent.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və buna qədərki müalicəsinin təminatı üçün müfaviq rəsmi qurumlarla danışıqlar aparılıb və ümumi razılıq əldə edilib: “Danışıqlar əsasında ümumi razılıq əldə olunub. Jurnalistin qaraciyər köçürülməsi əməliyyatının gerçəkləşməsi üçün əvvəl uyğun donor tapılacaq, donor tapıldıqdan sonra əməliyyatın və onun tam sağalması üçün müalicənin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi razılaşdırılıb. Biz Zabil Müqabiloğlunun tam sağalıb yenidən jurnalistiya qayıtmasına sevinərik”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR