Səngəçal terminalından qaz ixracı artıb

Səngəçal terminalından qaz ixracı artıb
15:27 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Səngəçal terminalından 219 mln. bareldən artıq neft və kondensat ixrac edilib. "Report" bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatına əsasən xəbər verir.
Bu həcmin 194 mln. bareldən çoxu Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 23 mln. bareldən artığı Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə və təqribən 2 mln. bareli kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.
Terminalın neft və kondensat ixracı ötən ilin 9 ayı ilə müqayisədə 2,2% az olub.
Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,1 mln. kubmetr “Şahdəniz” qazı ixrac edilib. Bu ilin 9 ayında terminaldan qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artıb.
Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (“AÇG”) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sengecal-terminalindan-qaz-ixraci-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR