"Silkway Insurance"da maliyyə yoxlaması aparılacaq

"Silkway Insurance"da maliyyə yoxlaması aparılacaq
15:37 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Dekabrın 28-də "Silkway Insurance" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 
"Report" xəbər verir ki, yığıncaq saat 10:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında baş tutacaq.
Yığıncağda "Silkway Insurance"in maliyyə-təsərrüfatı fəaliyyəti yoxlanılması üçün müstəqil auditorun seçilməsi məsələsi müzakirə ediləcək. Lazımi sənədlərin təqdim edilməsi üzrə məsul şəxs şirkətin baş mühasibi Rəna Əlyəddin qızı Quliyevadır.
Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,7%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,7%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19%-i "Silkway Airlines" şirkətinə, 3,6%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/silkway-insurance-da-maliyye-yoxlamasi-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR