Azərbaycan bazar araşdırması üçün yerli və xarici mütəxəssislər seçir

Azərbaycan bazar araşdırması üçün yerli və xarici mütəxəssislər seçir
15:52 18 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyi "Bazar araşdırmasının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqənin təşkili və keçirilmə Qaydası"nı təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu Qayda Azərbaycan Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın 3.3-cü bəndinə əsasən hazırlanıb və bazar araşdırmasının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqənin təşkili və keçirilmə qaydalarını müəyyən edir.

Müsabiqənin keçirilməsinin məqsədi "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"na uyğun olaraq bazar araşdırmasının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərin şəffaflıq və bərabərlik şəraitində seçilməsindən ibarətdir.

Bazar araşdırması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası"na uyğun olaraq həyata keçirilir.

Bu Qaydanın 3-cü hissəsinə əsasən seçilmiş ixracatçıların sifariş etdiyi bazar araşdırmalarının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqə İqtisadiyyat Nazirliyi tərəfindən "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR