Məşhur serial aktrisası intihar etdi

Məşhur serial aktrisası intihar etdi
15:56 18 Noyabr 2016
231 Şou
Ölkə mətbuatı
A- A+

Hollivud istehsalı olan televiziya seriallarında və filmlərdə tol alan aktrisa Liza Linn Masters intihar edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 52 yaşlı Liza modellik səyahəti üçün getdiyi Peruda otellərdən birinin otağında özünü asıb.

Aktrisanın cənazəsinin ABŞ-a gətirilməsi üçün "GoFundMe" saytında yardım kampaniyası başladan bir dostu bildirib ki, Lizanın əri Uilyam Bruks xəbəri eşidən kimi şok keçirib.

L.L.Mastersin intihar etdiyi otaqda psixi problemlərinin olduğunu bildirən iki məktubu tapılıb.

Qeyd edək ki, məşhur aktrisa "Gossip Girl", "Unbreakable Kimmy Schmidt", "Ugly Betty", "Law& Order: Special Victims Unit" kimi reytinqli seriallarda rol alıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR