"Vidadi Zeynalova hər ay 500 min manat vermişik" - Baş direktordan ŞOK İFADƏ

"Vidadi Zeynalova hər ay 500 min manat vermişik" - Baş direktordan ŞOK İFADƏ
15:59 18 Noyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Günelin bacısı Türkiyədə biznes qurdu (19 Aprel 2017 14:12)

 

“Aztelekom” İstehsal Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun istintaqa verdiyi ifadə məlum olub.

 

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, Məhəmməd Məmmədov ifadəsində bildirib ki, 2004-cü ildən “Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib: “2015-ci ildə “Aztelekom” İstehsalat Birliyinin bazasında “Aztelekom” MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qrumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi. İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi. “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi. Vidadi Zeynalov Oktay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500.000 manat, 2014-2015-ci illərdə isə aylıq 200.000 manat pul verilib. Qeyd edilən vəsaitlər Oktay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə  müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu".

 

Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-nə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən “Azintelekom” MMC olub: "Beynəlxalq telefon danışıqlarının mübadiləsi “Azintelekom” MMC ilə “Aztelekom” MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “Aztelekom” MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə “Azintelekom” MMC “Aztelekom” MMC-yə, “Aztelekom” MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə “Aztelekom” MMC “Azintelekom” MMC-yə ödənişləri həyata keçirib. Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün “Azintelekom” MMC-dən “Aztelekom” MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. “Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Belə ki, Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün “Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə “Optik Rabitə Montaj”, “Optik Rabitə Tikinti və Quraşdırma”, “Rabitəçi İstirahət Bazası”, “Qafqaz-S İnşaat” və “Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. “Aztelekom” MMC-nin bank hesabı “Kapitalbank” ASC-nin Rabitə filialında olub. “Aztelekom” MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə olan digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim,  həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim.

 

 

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Müştəri həmişə haqlıdır” frazası belə yaranıb

23 Aprel 2017 14:00

Hadisənin Maldiv adalarındakı istirahəti - FOTO

23 Aprel 2017 13:57

Türkiyə 2 şəhid verdi

23 Aprel 2017 13:57

Bir gündə 40-dan çox fərman: Kral nazirləri vəzifələrindən azad etdi

23 Aprel 2017 13:53

"Real"dan bu futbolçu üçün inanılmaz TƏKLİF

23 Aprel 2017 13:47

Suriyada öldürülən "Reina" teraktının təşkilatçısının FOTOsu

23 Aprel 2017 13:47

Futbolçular jurnalistləri döydü - VİDEO

23 Aprel 2017 13:47

Tağı Əhmədovun nəvəsinin toyu oldu

23 Aprel 2017 13:41

Məşhur analar övladlarına süd verərkən... - FOTOLAR

23 Aprel 2017 13:38

Şimali Koreyada ABŞ vətəndaşı saxlanıldı

23 Aprel 2017 13:37

Erməni kafedə atəş açdı, yaralanan var

23 Aprel 2017 13:32

"Baron" ləqəbli şəxs həbs edildi

23 Aprel 2017 13:29

Super Liqada gözlənilməz istefa

23 Aprel 2017 13:28

Dünyanın gözü Madriddə: "Barselona" "Real"a qarşı

23 Aprel 2017 13:27

İstanbul derbisinə saatlar qaldı: "Fənərbağça" "Qalatasaray"a qarşı

23 Aprel 2017 13:22

Rusiyada erməni kafedə atışma törətdi: yaralanan var

23 Aprel 2017 13:18

Tovuzda müəmma: sığorta şirkətinin filial müdirini kim öldürdü, müavini necə yaralandı?

23 Aprel 2017 13:17

Türk ulduzdan şok xəbər

23 Aprel 2017 13:17

Məkkədə güclü yanğın baş verdi

23 Aprel 2017 13:07

Türkiyə Azərbaycana ağac tinglərinin ixracına başladı

23 Aprel 2017 12:58

Əfqanıstanda matəm elan olundu

23 Aprel 2017 12:57

4-cülük uğrunda amansız mübarizə - YENİLƏNİR

23 Aprel 2017 12:57

Fransada prezident seçkiləri başladı

23 Aprel 2017 12:53

Tanınmış aparıcı əsəbiləşdi: "İlhamə Quliyevaya toxunmayın!"

23 Aprel 2017 12:49

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

23 Aprel 2017 12:47

Dünya ölkələrinin prezidentlərinə məxsus ən bahalı 10 təyyarə - VİDEO

23 Aprel 2017 12:43

Sabahdan hava dəyişir

23 Aprel 2017 12:43

Azərbaycanın bəzi yerlərinə intensiv yağış yağacaq - HAVA PROQNOZU

23 Aprel 2017 12:39

Azərbaycanda 2 telekanalın yayımı dayandırıldı

23 Aprel 2017 12:38

Olland prezident seçkilərində səs verdi

23 Aprel 2017 12:37

Rusiyada zəlzələ olub

23 Aprel 2017 12:32

Azərbaycanlı nazir gitara çalıb mahnı oxudu - VİDEO

23 Aprel 2017 12:29

Rusiyada güclü zəlzələ baş verdi

23 Aprel 2017 12:28

Çində torpaq sürüşdü, 3 nəfər öldü

23 Aprel 2017 12:22

Millimiz Monteneqroya qarşı

23 Aprel 2017 12:22

Elektrik avtomatlarını maşına yükləyərkən tutuldu - BAKIDA

23 Aprel 2017 12:19

Azərbaycanda 2 telekanalın yayımı dayandırıldı

23 Aprel 2017 12:17

"Mənə sataşanı qardaşımdan əvvəl özüm öldürərəm"

23 Aprel 2017 12:16

Körfəzdə inanılmaz varlıq tapıldı - UZANDIQCA QƏRİBƏ FORMAYA DÜŞÜR - FOTOLAR

23 Aprel 2017 12:13

Anar Məmmədxanovsuz 6 İL

23 Aprel 2017 12:09

Vəssalam, "sarı-qırmızılar" baş məşqçisiz qaldı

23 Aprel 2017 12:07

Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu

23 Aprel 2017 12:06

Almaniyada türklərin evlərinə irqçi məktublar göndərilir

23 Aprel 2017 12:03

Azərbaycanda ət ucuzlaşdı - VİDEO

23 Aprel 2017 11:53

Günayın keçmiş əri ata oldu - FOTO

23 Aprel 2017 11:47

5 otaqlı ev yandı

23 Aprel 2017 11:47

Zəhərli iynələrin vaxtı keçir deyə, 8 nəfərin edamı tezləşdirildi - ABŞ-da DƏHŞƏT - VİDEO

23 Aprel 2017 11:38

Ziya Hollandiyada bu tur nə etdi?

23 Aprel 2017 11:37

Azərbaycanda ən gülməli "Whatsapp" yazışması

23 Aprel 2017 11:35

Xocalıda məhv edilən tariximiz, mədəniyyətimiz...

23 Aprel 2017 11:32