Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əbülfəs Qarayev Türkiyənin yeni səfiri ilə görüşüb

Əbülfəs Qarayev Türkiyənin yeni səfiri ilə görüşüb

Date: 18 November 2016 16:02

Bakı.18 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Mədəniyyət ve Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən nazir, ölkəmizin bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal toplantısına da uğurla ev sahibliyi etdiyini xatırladıb: “İndi Azərbaycan dünyada multikulturalizmin, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə öz töhvəsini verməkdədir. Bu sahədə ölkəmizdə bir sıra böyük addımlar atılıb. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Həmçinin ölkəmizdə gələn il IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Artıq ənənə halını almış bu forumda dünyanın müxtəlif ölkələrindən, böyük təşkilatlarından nümayəndələr iştirak edirlər”.
Nazir bu ilin fevralından Türkiyədə Azərbaycanın Turizm Nümayəndəliyinin fəaliyyətə başladığını bildirərək, bu istiqamətdə fəal iş aparıldığını diqqətə çatdırıb.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan nazir Türkiyənin Azərbaycana bu sahədə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.




Tags:  Əbülfəs Qarayev Türkiyənin yeni səfiri görüşüb

RƏYLƏR


Top news