Əli Həsənov: "Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı hesab olunur"

Əli Həsənov: "Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı hesab olunur"
16:17 18 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında "Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri" mövzusunda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov deyib.

Ə.Həsənov çıxışında postsovet məkanı, Xəzər dənizi - Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda geosiyasi inkişafının əsas parametrləri, ölkələrin coğrafi mövqeyinin, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyətinin xarakteristikası, geostrateji vəzifələri və perspektivləri təhlil edib.

O bildirib ki, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf tendensiyaları və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur: "Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir. Azərbaycan coğrafi, təbii ehtiyatlar və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər təşkil edib".

Ə.Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli-vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə və İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri, Rusiya, Çin, Türkiyə, İran və İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.

Prezidentin köməkçisi əlavə edib ki, 2015-ci ildə Cənubi Qafqazda ÜDM-in həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür: "Sənaye məhsulları üzrə Cənubi Qafqazda ümumi 20 mlrd. ABŞ dolları miqdarında istehsalın 80 faizi Azərbaycana məxsusdur. 2015-ci ildə bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard ABŞ dolları kapital qoyulub ki, onun da 19,5 mlrd. dolları (72%) Azərbaycana aiddir. Bu miqdarın 10,7 mlrd. dolları xarici kapital olub. Özünü təminat əmsalına görə Azərbaycan bir çox sahələrdə tam, yaxud qismən özünün təhlükəsizliyini təmin edib.

Beləliklə, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqyisə olunmazdır. Bəhs olunan parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün olaraq asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər".

O bildirib ki, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir: "Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisə olunmazdır. Azərbaycanın enerji ehtiyatları 4.6 milyard ton şərti yanacaq - 2 mld. ton neft, 2,6 trln. k/metr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb. Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına mühüm təsir göstərir".

Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətlərinin xarakteristikası barədə danışan Ə.Həsənov qeyd edib ki, Azərbaycanın milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir: "Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il kəskin şəkildə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib".

Sərhədlərin vəziyyətini təhlil edən Ə.Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib: "Azərbaycan ərazisinin 20%-i, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən bilavasitə işğal olunub. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərti ilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması, Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır".

Prezidentin köməkçisi müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə danışıb.

Qeyd edək ki, iclasda gündəliyə daxil edilmiş 21 elmi-təşkilati məsələyə baxılır.

Tədbirdə Prezident İlham Əliyevin "AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" sərəncamının icrası, "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsi, ikinci Azərbaycan Elm Festivalının nəticələri, AMEA-nın Biofizika İnstitutunun nizamnaməsi və digər elmi-təşkilati məsələlər müzakirə edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32

Xidmətçinin ruhu kameraya düşdü - VİDEO

25 İyul 2017 23:32

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

25 İyul 2017 23:27

"Yunanıstana miqrant axını 99 faiz azalıb" - Çavuşoğlu

25 İyul 2017 23:27

İmicinizi dəyişmək istəyirsiniz?

25 İyul 2017 23:24

“Bundan da yaxşısını bacararıq” – “Şerif”in baş məşqçisi

25 İyul 2017 23:22

Kann vağzalında 156 mühacir saxlanıldı

25 İyul 2017 23:22

Qara turp və balın faydaları

25 İyul 2017 23:22

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

25 İyul 2017 23:22

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

25 İyul 2017 23:22

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

25 İyul 2017 23:17

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

25 İyul 2017 23:17

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:12

Sarımsaq yağının faydaları

25 İyul 2017 23:12

Sosial şəbəkələrdən telefon alanlar

25 İyul 2017 23:10

“Qarabağ” “Şerif”lə bacarmadı

25 İyul 2017 23:09

"Qarabağ" Jezniçaksız qaldı - SON DURUM

25 İyul 2017 23:07

Ona "Kardaşyanın əkizi" deyirlər - FOTO

25 İyul 2017 23:05

Samuxda baltalanan, saçı qırxılan qadının aqibəti: "Kənddə şaiyə yayıblar ki..."

25 İyul 2017 23:05

Gülnarə Xəlilovanın kitabı işıq üzü gördü – FOTO

25 İyul 2017 23:03

Mingəçevir sakini intihara cəhd edib

25 İyul 2017 23:02

ÇL: “Qarabağ” Bakıda "Şerif"in müqavimətini qıra bilməyib

25 İyul 2017 22:57

Psixopat insanları necə tanlmalı?

25 İyul 2017 22:57

Türkiyə təyyarəsində bomba həyəcanı

25 İyul 2017 22:54

Türkiyədən Suriyaya uzanan tunel tapıldı

25 İyul 2017 22:52

Sizofreniyanın əlamətləri

25 İyul 2017 22:52

“Qarabağ” – “Şerif” matçı heç-heçə yekunlaşdı

25 İyul 2017 22:51

Ayətullah Seyyid İsmayil Sədrdən həyat yoldaşına izahat

25 İyul 2017 22:47