Prezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazın şəksiz lideridir"

Prezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazın şəksiz lideridir"
16:19 18 Noyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

 

APA-nın xəbərinə görə, Ə. Həsənov məruzəsinə başlamazdan əvvəl bildirib ki, bu gün Azərbaycanda istedadlı gənclər elmə axışmağa başlayıb.

 

“Azərbaycan elmi yaxın 10 ildə əsl elmlə məşğul olan insanları tapacaq”, - deyə Ə. Həsənov qeyd edib.

 

Azərbaycan prezidentinin köməkçisi məruzəsində bildirib ki, Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur: "Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir.

 

Azərbaycan coğrafi, təbii ehtiyatlar və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər olub".

 

Ə. Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli-vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə və İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri, Rusiya, Çin, Türkiyə, İran və İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət  aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.

 

"2015-ci ildə Cənubi Qafqazda ÜDM-in həcmi 75 milyard  ABŞ dollarından  çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Sənaye məhsulları üzrə Cənubi Qafqazda ümumi 20 mlrd. ABŞ dolları miqdarında istehsalın 80 faizi Azərbaycana məxsusdur. 2015-ci ildə bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard USD kapital qoyulmuşdur ki, onun da 19,5 mlrd. dolları (72%) Azərbaycana aiddir. Bunun 10,7 mlrd. dolları xarici kapital olub. Özünü təminat əmsalına görə Azərbaycan bir çox sahədə tam, yaxud qismən özünün təhlükəsizliyini təmin edib", - deyə o bildirib.

 

Ə. Həsənov məruzəsində qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisə olunmazdır: "Bəhs olunan parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün olaraq asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər".

 

Məruzəçi bildirib ki, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir: "Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisə olunmazdır. Azərbaycanın enerji ehtiyatları 4.6 milyard ton şərti yanacaq - 2 mld. ton neft, 2,6 trln. k/metr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb. 

 

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına  mühüm təsir göstərir".

 

Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətlərinin xarakteristikası barədə danışan Ə. Həsənov qeyd edib ki, Azərbaycanın milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə  həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il kəskin şəkildə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.

 

Sərhədlərin vəziyyətini təhlil edən Ə. Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib: "Azərbaycan ərazisinin 20%-i, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərti ilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması,  Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır".

 

Ə. Həsənov məruzəsində müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə də ətraflı bəhs edib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28

“Tavriya”nın vurduğu uşaq öldü

18 Avqust 2017 00:19

Almaniyada 22 min nəfər təcili təxliyyə olundu -

18 Avqust 2017 00:14

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

18 Avqust 2017 00:09

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08

Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır – VİDEO

17 Avqust 2017 23:58

İspaniyadakı teraktı İŞİD törədibmiş

17 Avqust 2017 23:49

Təminat verirəm ki, müharibə olmayacaq -

17 Avqust 2017 23:48

Bakıda marketdə yanğın olub

17 Avqust 2017 23:42

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

17 Avqust 2017 23:37

Azərbaycan və Rusiyanın BMT-dəki daimi nümayəndələri görüşüblər

17 Avqust 2017 23:30

Fanatı müğənniyə görə köynəyini çırdı - VİDEO

17 Avqust 2017 23:18

Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb

17 Avqust 2017 23:12

Ər-Riyad Dohaya güzəştə getdi -

17 Avqust 2017 23:05

Barselonadakı terrorçu tutuldu

17 Avqust 2017 22:54

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 60 nəfərə çatıb

17 Avqust 2017 22:52

5 yaşlı Zeynəbin – FACİƏLİ ÖLÜMÜ - VİDEO

17 Avqust 2017 22:48

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb

17 Avqust 2017 22:42

Venesuelada həbsxana qana boyandı -

17 Avqust 2017 22:39

Polis İspaniyada terror aktı törədən şəxsi saxlayıb

17 Avqust 2017 22:37

40 min illik qarışqa fosilindən hazırlanan təsbeh SATIŞA ÇIXARILDI

17 Avqust 2017 22:33

İspaniyadakı terrorçunun kimliyi bəlli oldu

17 Avqust 2017 22:29

Barselonada üç polisi maşın vurdu

17 Avqust 2017 22:24

Qurban Qurbanov: “Oyunçulardan tələbim bu idi ki…”

17 Avqust 2017 22:18

Barselonada avtomobil 3 polis əməkdaşını vurub

17 Avqust 2017 22:17

"Barselona"da ciddi itki -

17 Avqust 2017 22:15

Barselonanı qana bulayan terrorçunun şəxsiyyəti müəyyənləşib

17 Avqust 2017 22:06

Tramp bir tvitlə şirkətə 6 milyard dollar ZƏRƏR VERDİ

17 Avqust 2017 21:53

Barselonadakı terroru törədənin KİMLİYİ BİLİNDİ - FOTO

17 Avqust 2017 21:53

“Pul gəlmiş, papaq getmiş” – aparıcı saxta dostlarını IFŞA ETDİ

17 Avqust 2017 21:48

Barselonada avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirilib

17 Avqust 2017 21:47

Oğlanlardan qaçdı.Meşədə itkin düşdü-

17 Avqust 2017 21:45

Ramil Quliyev ona yönələn ittihamlardan danışdı: "Eşitmişəm "fərari" deyirlər" - MÜSAHİBƏ

17 Avqust 2017 21:44

Ukraynadan Rusiyaya TERROR İTTİHAMI: strateji obyektlərin məhvi... – Plan MƏXFİLİKDƏN ÇIXARILDI

17 Avqust 2017 21:33

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI -

17 Avqust 2017 21:29

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşdi

17 Avqust 2017 21:20

Gözəl qadın yoxsa yaraşıqlı kişi? - cinsini dəyişənlərdən İNANILMAZ FOTOLAR

17 Avqust 2017 21:18

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada - FOTOLAR

17 Avqust 2017 21:03

Barselonada mikroavtobusu kütlənin üzərinə sürdülər -

17 Avqust 2017 20:57

Barselonada yük maşını kütləyə çırpıldı, ölən və yaralananlar var - MÜSAHİBƏ

17 Avqust 2017 20:49