Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvili Gürcüstana ekstradisiya olunur – MƏNBƏ

Saakaşvili Gürcüstana ekstradisiya olunur – MƏNBƏ

Date: 18 November 2016 16:23

Ukrayna Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Tiflisə verə bilər.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna prezident administrasiyasındakı mənbələrə istinadən “Ukraynskaya Pravda” internet-nəşri bildirib.

Mənbələrin sözlərinə görə, Saakaşvilini Ukrayna vətəndaşlıqlarını məhrum edə bilmirlər və buna görə də onu ölkədən qovmaq üçün gürcü tərəfinin ekstradisiya haqqında sorğusuna baxılır.

Qeyd edək ki, daha əvvəl Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonun onu məhkəmə vasitəsilə Ukrayna vətəndaşlığından məhrum etmək fikrində olduğunu yazıb.

Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilir

Pyotr Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin məhkəmə vasitəsilə Ukrayna vətəndaşlığından məhrum etmək fikrindədir.

Ömər Dağlı


Tags:  Saakaşvili Gürcüstana ekstradisiya olunur MƏNBƏ

RƏYLƏR


Top news