Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Ağıllı” qulaqcıq smartfonu əvəz edəcək

“Ağıllı” qulaqcıq smartfonu əvəz edəcək

"Ağıllı" masa zəngləri göstərir (18 Mart 2017 08:17)
Yeni “ağıllı” stol bildirişlər və zənglər barədə informasiyanı stolun üstündə göstərir (16 Mart 2017 14:35)
Musiqi dinləyərkən qulaqcıq partladı (15 Mart 2017 11:16)

Tarix: 18 Noyabr 2016 16:35

Son illər istifadəçilərin fiziki aktivliyini izləyən və ya sevimli musiqini yükləməyə imkan verən quraşdırılmış toplayıcıya malik çoxlu “ağıllı” qulaqcıqlar satışa çıxarılıb. Lakin “ağıllı” “Vinci” qulaqcığı həqiqətən yeni və qeyri-adiliyi ilə fərqlənir. Qulaqcığın başqa qurğulara qoşulmadan avtonom işləyə bilməsi onu faktiki olaraq tam smartfona çevirir. Belə ki, sensorlu displey və “3G” dəstəkləmə ilə təchiz edilən “Vinci” zənglər etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, səsli idarəetməni dəstəkləyən qulaqcıq virtual köməkçi, “3D” səsyazma, qabaqcıl səs azaltma texnologiyası, musiqi ilə yanaşı, ətrafdakı bütün səsləri eşitməyə imkan verən rejim, “Soundcloud” və “Spotify” kimi servislər, fiziki aktivliyi izləyən ötürücülər və s. ilə təchiz edilib.

“ARM Cortex-A7” prosessoru və 1 giqabaytlıq operativ yaddaş qurğunun işini təmin edir, eləcə də 16 və ya 32 giqabayt tutumlu quraşdırılmış toplayıcı sevimli musiqiləri yükləməyə imkan verir. Bundan başqa, qulaqcıq istifadəçinin vərdişləri, onun fiziki vəziyyəti, üstünlükləri və s. əsasında musiqi tövsiyə edir. 1500 milliamper/saat tutuma malik quraşdırılmış akkumulyator 10 saat ərzində musiqi səsləndirməyə imkan verir.

“Ağıllı” “Vinci” qulaqcığını “Kickstarter” saytında 99 dollara sifariş etmək olar.

Nizam Nuriyev





Teqlər:  Ağıllı qulaqcıq smartfonu əvəz edəcək



RƏYLƏR


Top xəbərlər