Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə dövlət çevrilişinə cəhd iştirakçılarının saxlandığı həbsxanalarda zenit qurğuları yerləşdirilib

Türkiyədə dövlət çevrilişinə cəhd iştirakçılarının saxlandığı həbsxanalarda zenit qurğuları yerləşdirilib

Date: 18 November 2016 16:52

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhd işi üzrə həbs edilənlərin saxlandığı üç həbsxanada zenit qurğuları yerləşdirilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyinin sərəncamı ilə zenit qurğuları Ankaradakı Sincan, İzmirdəki Şakran və İstanbuldakı Silivri həbsxanalarına yerləşdirilib.
Məlumata görə, Ədliyyə Nazirliyi həmçinin həbs olunanların saxlandığı yerlərin mühafizəsinin gücləndirilməsinə dair tapşırıq verib.
Qeyd edilib ki, Türkiyə hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhddə iştirak edənlərin həbsxanalarda üsyan qaldracağı və onların oradan qaçması barədə xəbərlər aldıqdan sonra həbsxana nəzarətçilərinin və mühafizəçilərinin sayında xeyli artım olub.


Tags:  Türkiyədə dövlət çevrilişinə cəhd iştirakçılarının saxlandığı həbsxanalarda zenit qurğuları yerləşdirilib

RƏYLƏR


Top news