Ağacan Abiyev: "BOK-un qərarına yenidən baxılacaq"

Ağacan Abiyev: "BOK-un qərarına yenidən baxılacaq"
16:53 18 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün azərbaycanlı iki idmançının nəticələrini ləğv edib.

Ağır atlet Nizami Paşayev və yunan-Roma güləşçisi Vitali Rəhimovun qanlarında qadağan olunmuş turinabol maddəsinə rast gəlinib. BOK-un qərarına əsasən, hər iki idmançının dopinq testlərinin ikinci variantı da müsbət nəticə verdiyi üçün nəticələri keçərli sayılmayıb.

Həmin yarışda N.Paşayev 5-ci yer tutmuş, V.Rəhimov gümüş medal qazanmışdı. O, həm medalı, həm də diplomunu təhvil verməlidir.

Mələsə ilə bağlı Publika.az-a danışan Milli Olimpiya Komitəsinin baş katib Ağacan Abiyev BOK-un qərarına yenidən baxılacağını deyib:

“Milli Olimpiya Komitəsində bu qərarın obyektiv olub-olmamasına yenidən baxılacaq. Komitədə baxılmamış heç nə demək olmaz. Bu yaxınlarda iclasımız olacaq. Əgər məsələyə orada baxılsa, bir qərar veriləcək. Ola bilər ki, bu məlumat doğru olmasın. Bəlkə də, kimsə məqsədli şəkildə belə bir təxribat yayıb”.

A.Əbiyev dopinq aşkarlandığı deyilən idmançılara həmin yarışdan sonra verilmiş mükafatların geri alınması məsələsinə də münasibət bildirib:

“Bu vaxta qədər bizdə belə bir hal baş verməyib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR