Vidadi Zeynalov: "Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam"

Vidadi Zeynalov: "Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam"
17:05 18 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aztelekom" MMC epizodu üzrə ifadə verən Rabitə və Yüksək Texnologiya Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov MMC-nin direktoru Məhəmməd Məmmədovla üzləşib.

Milli.Az xəbər verir ki, lent.az-ın ittiham aktına istinadən məlumatına görə, sabiq aparat rəhbəri 02.11.2015-ci il tarixli ifadəsində göstərib ki,  "Aztelekom" MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan təşkilatlardan biri olub: "Nazir Əli Abbasov tərəfindən "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədova tapşırıq verildi ki, hər ay, yəni 2009-cu ildən başlayaraq ayda onlara 500.000 manat pul verməlidirlər. Ona görə də 2009-cu ildən başlayaraq "Aztelekom" MMC-dən aylıq "stabil" olaraq ona 500.000 manat pul gətirilib verildi. Həmin pulu ya Məhəmməd Məmmədov özü, ya köməkçisi Qulu və ya onun baş mühasibi Oktay Rüstəmov gətirirdi.

Qulu çox az-az gəlirdi, belə ki, Məhəmmədin işi olduqda Oktay, olmadıqda pulu Qulu gətirib verirdi. Hər ayın sonunda, bir qayda olaraq ayın 28-dən növbəti ayın 2-3-nə kimi olan müddətdə "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov nazir Əli Abbasovun qəbuluna gedib, birliyin gəlirləri, verəcəyi pulun miqdarı barədə onu məlumatlandırırdı. Bildiyimə görə, birliyin direktoru nazirə gəlirlərini və gətirilib veriləcək məbləği bildirirdi. Çünki birliyin direktoru nazirin qəbulundan çıxandan sonra mənim yanıma gəlib nazirlə görüşdüyünü və birliyin baş mühasibi Oktayın mənimlə əlaqə saxlayacağını deyirdi. Bundan sonra isə birliyin baş mühasibi Oktay Rüstəmov zəng edib gəlmək istədiyini bildirir və razılıq verdikdən sonra çanta ilə yanıma gəlib yuxarıda qeyd etdiyim miqarda pulu verirdi. Heç vaxt gətirilən pulları saymamışam, çünki onlar "paçka" şəklində və bağlanmış vəziyyətdə olurdu və pulun məbləğinin düz olduğuna inanırdım". 

V.Zeynalov ifadəsinin ardında bildirib ki, 2009-cu ildən başlayaraq 2013-cü ilin aprel ayına kimi "stabil" olaraq "Aztelekom" MMC-dən aylıq 500 min manat pul gətirilib. 2014-cü ildən başlayaraq isə mənə  aylıq 200.000 manat pul verilirdi. "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədova bizə verdiyi pullardan başqa aylıq 50.000 manat pul qalırdı. Eşitdiyimə görə, Məhəmməd Məmmədov baş mühasibi Oktay Rüstəmova aylıq 3000 manat, köməçisi Quluya 1000 manat, digər müavinlərinə isə aylıq 1000-2000 manat arası pul verirdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi "Aztelekom" MMC də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilmək yolu ilə əldə etdiyi vəsaitin bir hissəsini mənə verirdi. "Aztelekom" MMC-nin tabeçiliyində olan Telekommunikasiya qovuşağından 2009-2015-ci illər ərzində vəsaitlər köçürülmüş "Qafqaz-S İnşaat" MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub".

İbtidai istintaq zamanı ifadələr arasında ziddiyyətlər olduğundan iş üzrə təqsirləndirilən "Aztelekom" MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov və nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov arasında  üzləşmə aparılıb. Üzləşmə zamanı Vidadi Zeynalov bildirib ki, Məhəmməd Məmmədovun dedikləri ilə razıdır, əlavə ifadə vermək istəmir.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13

Spiralvari bina - FOTO

30 Mart 2017 23:12