Nazir 40 milyon istəmişdi, 2 milyona razılaşdı...

Nazir 40 milyon istəmişdi, 2 milyona razılaşdı...
17:05 18 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsinin yeni təfərrüatları məlum olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, nazir tamahının güdazına gedib və ölkənin ən qüdrətli adamlarından birinin şirkətindən 40 milyon dollar rüşvət tələb edib. Ancaq FTX əməkdaşları onu çemodan dolu dollarla yaxalayıblar.

Rusiya xüsusi xidmət orqanlarından life.ru-ya bildiriblər ki, FTX Ulyukayevin üzərində qurulmuş əməliyyatı bir ilə yaxındır davam etdirirdi. Bu müddət ərzində onun özünün və yaxın ətrafının barəsində çoxsaylı kompromatlar toplanıb. Belə məlum olur ki, nazir "Rosneft" şirkətinin "Başneft"i özəlləşdirməsinə müsbət rəy vermək üçün əvvəlcə 40 milyon dollar tələb edib. Ulyukayevə vəd ediblər ki, əgər sövdələşməyə müsbət rəy versə İqor İvanoviç (İqor Seçin-"Rosneft" prezidenti) ona hökmən minnətdarlıq çatdıracaq. Nəticədə nazir sövdələşməyə əvvəlcə qarşı çıxsa da, sonradan hökumətdə məsələyə müsbət rəy verib. Lakin "Rosneft"dən gözlənilən "minnətdarlıq" gəlib çıxmayıb. Bunu görəndə nazir "Rosneft"ə zəng vurub və hədələyib, deyib ki, onun haqqını çatdırmasalar, sövdələşməni pozub "Başneft"in səhmlərini başqa şirkətə verəcək.

"Ulyukayev barədə FTX-nin 6-cı idarəsinə il siqnal 2016-cı ilin əvvəllərində daxil olub. Həmin vaxtdan onu izləməyə başlayıblar. Daxil olan əməliyyat məlumatları əsasında nazirin telefonları dinləməyə qoşulub, mənzillərinə, kabinetinə və maşınına "juçok"lar qoyulub. "Çekist"lərin şübhələri təsdiqlənib, məlum olub ki, Ulyukayev öz adamları və digərləri ilə çoxmilyonlu məbləğlər, pulun verilməsi variantları barədə danışır. Habelə telefon danışıqlarının dinlənilməsi nəticəsində məlum olub ki, iqtisadi inkişaf naziri bəzi xarici bankların və şirkətlərin aralarında hərbi-sənaye kompleksi müəssisələri də olmaqla bir sıra dövlət mülkiyyətinin özəlləşdirilməsində iştirakı üçün lobbiçilik etməyə çalışır", - mənbə deyib.

Bildirilir ki, Ulyukayev həmin dövrdə dəfələrlə korrupsiya əhvalatlarında ortaya çıxıb, lakin əməliyyatçılar onu yaxalamaq üçün münasib məqamı gözləyiblər. Həmin məqam 2016-cı ilin ortalarında, "Başneft"in özəlləşdirilməsi məsələsində yaranıb. Nazir "Rosneft"in bu özəlləşdirməni qazanması üçün 40 milyon dollar tələb edib.

Nəticədə FTX "Rosneft"in nümayəndələri ilə birlikdə əməliyyat qurub. Məlumatlara görə, bu əməliyyatda "Rosneft"İn mühafizə xidmətinin rəhbəri, keçmiş FTX zabiti Oleq Feokistov da iştirak edirdi.

"Oktyabrın 10-da "Başneft"in "Rosneft" tərəfindən özəlləşdirilməsi barədə qərar hökumətdə qəbul olunandan sonra Ulyukayev ona vəd edilmiş "minnətdarlığı" yada salmağa başladı. Nazirə nəzakətlə bldirdilər ki, hələ heç bir müqavilə və ya sənəd imzalanmayıb, ona görə də "Rosneft" heç nə verməyə borclu deyil. Ulyukayev bundan bərk qəzəblənib, deyib ki, "Başneft"in səhmlərinin başqa alıcıya verilməsinə nail olacaq", - mənbə deyib.

Oktyabrın 12-də "Başneft"in səhmlərinin alqı-satqısına dair müqavilə bağlanıb, "Rosneft" dövlət büdcəsinə 330 milyard rubl köçürüb. Bu zaman Ulyukayev "Rosneft"ə yeni qüvvə ilə hücuma keçib, şirkəti vəd olunan pulu vermədiyi üçün hədələyib. Nəhayət oktyabrın 14-də naziri "minnətdarlıq" üçün "Rosneft"in ofisinə dəvət edirlər.

"Bütün danışıqlar çoxdandır FTX-nin nəzarətində gedirdi. Görüşdə "Rosneft"in nümayəndəsi əlavə dəlil toplamaq üçün Ulyukayevlə alverə girişib məbləği 20 dəfə aşağı salmağa nail oldu. Ulyukayev 2 milyon dollara razılaşdı, ona içərisində 1 milyon dollar olan çantanı göstərdilər. İkinci çemodanı isə maşında verəcəklərini dedilər. Ulyukayev çantanı götürüb qapıya tərəf gedəndə onu yaxaladılar", -mənbə deyib.

FTX-dəki mənbələr deyib ki, Ulyukayevin işi üzrə daha bir neçə nəfər həbs oluna bilər. Çünki əməliyyat dövründə nazirin yaxın ətrafına daxil olan şəxslər barədə kifayət qədər dəlillər toplanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxsə cinayət işi açıldı - MADDƏ

21 Avqust 2017 12:39

Durğun və rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq - XƏBƏRDARLIQ

21 Avqust 2017 12:38

Məşhur aparıcı efirdən getdi

21 Avqust 2017 12:38

Serbiya Makedoniyadakı bütün diplomatlarını geri çağırıb

21 Avqust 2017 12:37

Moldova hökumətində korrupsiya işi üzrə axtarışlar aparılır

21 Avqust 2017 12:37

Xəyalə ilə xəbər saatı

21 Avqust 2017 12:35

Meteohəssas insanlara XƏBƏRDARLIQ

21 Avqust 2017 12:34

HAVA PROQNOZU: Meteohəssas insanların nəzərinə...

21 Avqust 2017 12:34

Antarktidada 12 mərtəbəli bina ölçüsündə UNO tapıldı - VİDEO

21 Avqust 2017 12:33

"Neftçi"nin baş məşqçisi istefa verdi - SON DƏQİQƏ

21 Avqust 2017 12:29

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

21 Avqust 2017 12:27

Elxan Abdullayev istefa verdi - RƏSMİ

21 Avqust 2017 12:27

"Fənərbaxça" yenə qələbə qazana bilmədi

21 Avqust 2017 12:25

Suriyada 200 İŞİD-çi öldürüldü

21 Avqust 2017 12:24

Ermənistan ordusunun hərbçisi ölüb

21 Avqust 2017 12:22

Türkiyədə yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA

21 Avqust 2017 12:19

Aygün Kazımovanın yataq FOTOSU ilə bağlı

21 Avqust 2017 12:19

“Stalinin başı”ndan bir milyon manat qazandığı deyilən İlkin Həsənidən AÇIQLAMA

21 Avqust 2017 12:18

"Qəbələ"də ciddi itki

21 Avqust 2017 12:17

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT-nin 72-ci sessiyasının gündəliyinə daxil edilib

21 Avqust 2017 12:17

Zlatan İbrahimoviçin oynayacağı klub açıqlandı

21 Avqust 2017 12:17

Bakının bu əraziləri çox təhlükəlidir

21 Avqust 2017 12:15

Azərbaycan İrəvanı dəhşətə gətirəcək yeni silahlar alır? – Rusiya AÇIQLADI

21 Avqust 2017 12:13

"Neftçi" klubunun baş məşqçisi istefaya göndərilib

21 Avqust 2017 12:12

Nazim İbrahimov: "Düşünürəm ki, gələn ay ÜAK barəsində düzgün qərar veriləcək"

21 Avqust 2017 12:08

Regionda ilk dəfə “Influencer Day Baku” tədbiri keçiriləcək

21 Avqust 2017 12:07

Nazim İbrahimov ÜAK-ın ləğvindən danışdı: "Radikal qərar idi"

21 Avqust 2017 12:04

Putinin varislərinin adları açıqlandı - SİYAHI

21 Avqust 2017 12:03

Dövlət Komitəsinin sədri xaricdə yaşayan azərbaycanlı iş adamlarının forumunun təxirə salınmasının səbəbini açıqlayıb

21 Avqust 2017 12:02

"Eurovision" qalibi Ruslana: "Muğamı öyrənirəm"

21 Avqust 2017 12:02

"Barselona" qələbə ilə başladı

21 Avqust 2017 12:02

Mənzildə yanğın başlayıbsa, nə etmək lazımdır?

21 Avqust 2017 11:59

“Bank Respublika” komissiyasız vә 2% endirimlә nağd pul krediti tәklif edir

21 Avqust 2017 11:57

Prosineçkinin qızı zəhərləndi

21 Avqust 2017 11:57

Ukraynanın tanınmış müğənnisi muğamı öyrənir

21 Avqust 2017 11:54

Bu qırmızı nöqtələrdən hamımızda var: Bizi bir gündə öldürə bilər - FOTOLAR

21 Avqust 2017 11:53

“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər

21 Avqust 2017 11:52

Nazim İbrahimov: "Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı müvafiq işlər aparılır"

21 Avqust 2017 11:52

Avtomobil su arxına aşdı: bir ailənin 4 üzvü yaralı

21 Avqust 2017 11:49

Ən çox gəlir gətirən FİLMLƏR – SİYAHI

21 Avqust 2017 11:48

Yaponiya şirkəti İranın neft yatağına maraq göstərir

21 Avqust 2017 11:47

DİQQƏTLƏ BAXIN: Fotodakı quşdur, yoxsa...

21 Avqust 2017 11:47

Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda

21 Avqust 2017 11:43

Ağstafada hündürlükdən yıxılan qadının qarnına armatur batıb

21 Avqust 2017 11:42

Azərbaycan Mərkəzi Bankı 100 mln. manat vəsait cəlb edib

21 Avqust 2017 11:42

AZƏRBAYCAN: Yengə axtaran müasir xanım

21 Avqust 2017 11:42

Şuşaya peşqurtlar gəlmir

21 Avqust 2017 11:39

Andres İnyesta "Barselona"nı tərk etmək istəyir

21 Avqust 2017 11:37

“Google”-un süni intellekti şəkillərdən su nişanlarını silməyi öyrənib

21 Avqust 2017 11:35

“Microsoft” şirkəti masaüstü “Skype” xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib

21 Avqust 2017 11:35