Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakcell" gələn il kapital qoyuluşunu iki dəfə artıracaq

"Bakcell" gələn il kapital qoyuluşunu iki dəfə artıracaq

Date: 18 November 2016 17:12

Bakı. 18 noyabr. REPORT.AZ/ "Nömrə daşınma xidməti tətbiq ediləndən digər mobil operatorlardan "Bakcell"ə 40 mindən çox abunəçi keçib".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş icraçı direktoru Nikolai Bekers bildirib: "Ayda təxminən 100-200 abunəçi nömrə daşınma xidməti vasitəsilə "Bakcell"ə keçir. Bu rəqəm hər ay dəyişir. Təkcə oktyabr ayında digər mobil operatorlardan 2 min abunəçi nömrəsini "Bakcell"ə keçirib".
N.Bekers qeyd edib ki, 2017-ci il üçün "Bakcell" sərmayə planını hazırlayıb: "Sərmayə planı kifayət qədər ambisiyalıdır. Sərmayə planını bu yaxınlarda səhmdarlarımıza təqdim edəcəyik. Rəqəmi açıqlamasam da, deyə bilərəm ki, şirkətin gələn il üçün nəzərdə tutulan sərmayə planı bu ilkindən iki dəfə çoxdur. Əsas strateqiyamız ən yaxşı xidmət təqdim etməkdir. Bu səbəbdən Abşeron və Bakı ətrafında 4G şəbəkəsinin yaxşılaşdırılmasına da şirkət səmayə yatıracaq".
"Hazırda "Bakcell"in abunəçilərinin ümumi sayı 3,6 mln. təşkil edir. Şirkətin abunəçi sayı qismən artıb. Hər abunəçiyə düşən orta gəlirimiz də rəqiblərimizdən yüksəkdir", - deyə şirkət rəhbəri əlavə edib.


Tags:  Bakcell gələn il kapital qoyuluşunu iki dəfə artıracaq



RƏYLƏR


Top news