Sosial mənzillərin sahəsi məlum oldu

Sosial mənzillərin sahəsi məlum oldu
17:22 18 Noyabr 2016
431 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Samir Nuriyev AzTV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq. 

Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq: "Bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq" - deyə direktor bildirib.

S.Nuriyevin sözlərinə görə, mənzillərin ölçülərini daha aşağı etmək olardı, amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq.

Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir. onların ölçüləri də münasibdir. Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.

Bildirilib ki, hazırda tikilən layihədə insanlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır: "Xüsusilə də, gənc ailələr üçün rahat olacaq ki, onlar öz gələcəklərini burada quracaqlar. Burada bütün sosial obyektlər də tikiləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR