Direktor müavini şagirdinin bacısını kabinetinə salıb... - FOTO

Direktor müavini şagirdinin bacısını kabinetinə salıb... - FOTO
17:32 18 Noyabr 2016
120 Dünya
Ölkə mətbuatı
A- A+

Antaliyanın Alanya hissəsində "Din Mədəniyyəti və Əxlaq Dərsi" müəllimi, eyni zamanda məktəbin direktor müavini olan A.K., bir şagirdin 16 yaşlı bacısına təcavüz etdiyi üçün həbs edilib.

Milli.Az haberturk-ə istinadən bildirir ki, hadisə keçən bazar ertəsi günü baş verib. 42 yaşlı A.K. məktəbə qardaşını gətirən lisey şagirdi S.Ö.-yə məktəbin müdir köməkçisi olduğunu bildirərək birlikdə çay içmək üçün otağına dəvət edib.

İddiaya görə, A.K. otağında söhbət etdiyi və lisey şagirdi olduğunu öyrəndiyi S.Ö.-yə dərslərində köməkçi ola biləcəyini deyib, saçlarını oxşayıb, öpüb onu.

"SEVGİLİM olarsanmı?"

Müdir müavini A.K. sonrakı günlərdə də qıza dərslərində kömək edə biləcəyi bəhanəsiylə S.Ö ilə mesajlaşmağa başlayıb. A.K. iddiaya görə, S.Ö.-nü gəzməyə aparmaq istədiyi, 2 il sonra həyat yoldaşından boşanıb onunla evlənəcəyi mesajlarını göndərərək, "Sevgilim olarsanmı?" deyə suallar ünvanlayıb.

Bundən xəbər tutan yeniyetmənin ailəsi A.K. haqqında polisə şikayət edib. Polis tərəfindən ötən həftənin çərşənbə günü nəzarətə götürülən A.K.-nın ifadəsi alınmağa başlanılıb.

İttihamları rədd edən A.K. haqqında həbs qərarı çıxarılıb.

Təhməz Təkin
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR