Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ prezidenti və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı razılığa gəliblər

ABŞ prezidenti və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı razılığa gəliblər

Date: 18 November 2016 17:32

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Barak Obama Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynanın şərqindəki və Suriyadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı razılıq əldə ediblər.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Bildirilib ki, Berlində keçirilən görüşdə ABŞ Prezidenti Barak Obama, Fransa lideri Fransua Olland, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Tereza Mey, İtaliya Nazirlər Şurasının rəhbəri Matteo Rentsi və İspaniya hökumətinin nümayəndəsi Mariano Raxoy iştirak ediblər.
Siyasətçilər belə qərara gəliblər ki, Rusiyaya qarşı sanksiyalar Minsk sazişlərinin həyata keçirilməsinə qədər qüvvədə qalacaq.


Tags:  ABŞ prezidenti liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması bağlı razılığa gəliblər

RƏYLƏR


Top news