Mixail Qusman: "Azərbaycan OANA XVI Baş Assambleyasını uğulu təşkil edib" - FOTO

Mixail Qusman: "Azərbaycan OANA XVI Baş Assambleyasını uğulu təşkil edib" - FOTO
17:32 18 Noyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasını müvəffəqiyyətlə təşkil edib.

Milli.Az bildirir ki, bu sözləri Trend-ə TASS informasiya agentliyinin baş direktor müavini Mixail Qusman deyib.

Assambleyanın yekunlarından danışan M.Qusman qeyd edib ki, tədbir öz məqsədinə nail olub: "Bu regionda müxtəlif imkanlara sahib olan çoxlu sayda xəbər agentliyi fəaliyyət göstərir. Nəhəng texnoloji imkanlara sahib olan Kioto informasiya agentliyindən tutmuş, kiçik ölkələrin agentliklərinə qədər. İnformasiya isə bütün cəmiyyətlərə bərabər səviyədə çatdırılmalıdır. Bu assambleyanın əsas məqsədlərindən biri də budur".

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR