Elnur Aslanov işdən çıxarıldı

Elnur Aslanov işdən çıxarıldı
17:33 18 Noyabr 2016
98 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb.

Modern.az saytının əldə etdiyi məlumata görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Məlumatı Nazirliyin mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun adı Türkiyədə terrorçu elan edilmiş "Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı.

Bir müddət əvvəl isə media onun "fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR