Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

5 dollarlıq cihaz istənilən kompüterə müdaxilə etməyə imkan verir

5 dollarlıq cihaz istənilən kompüterə müdaxilə etməyə imkan verir

Date: 18 November 2016 17:35

Təhlükəsizlik sahəsi üzrə mütəxəssis Semi Kamkar tərəfindən yaradılmış qurğu istənilən kompüterə müdaxilə etməyə imkan verəcək. “PoisonTap” cihazının qiyməti 5 dollardır.

“PoisonTap” cihazının əsasını “Raspberry Pi Zero” mini-kompüteri təşkil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, həmçinin “microSD” kartı və “microUSB” – “USB” kabeli lazımdır. Kompüterə müdaxilə üçün proqram təminatını “GitHub” saytından pulsuz yükləmək mümkündür.

Bloka salınmış kompüterə müdaxilə üçün “PoisonTap” cihazını kompüterin “USB” portuna qoşmaq lazımdır. Semi Kamkar “macOS” və “Windows” əməliyyat sistemləri ilə işləyən fərdi kompüterlərdə cihazın işini yoxlayıb və hər iki halda müdaxilə uğurlu olub.

Kompüterin blokdan çıxarılmasına bir neçə saniyə vaxt sərf olunur.

Zərərverici cihaz brauzerin “cookies” yazılarını ələ keçirə, “Gmail”, “Facebook”, həmçinin onlayn bankçılıq kimi populyar xidmətlərin zərərverici versiyalarını yarada bilər. Brauzerdə açılmış vərəq əlavə məlumatlar üçün sorğu göndərdikdə cihaz bekdor yaradaraq cavabı saxtalaşdırır, nəticədə böyük həcmli informasiya oğurlamaq, hətta ikimərhələli avtorizasiyanı keçmək olar.

Emil Hüseynov





Tags:  dollarlıq cihaz istənilən kompüterə müdaxilə etməyə imkan verir


RƏYLƏR


Top news