"Təklif etsələr də, filmə çəkilmərəm"

"Təklif etsələr də, filmə çəkilmərəm"
17:47 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, azvision.az Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva ilə həmsöhbət olub. Teatrdan, sənətdən uzaq düşən 71 yaşlı aktrisa evində tək yaşadığını, günün böyük hissəsini isitirahətə ayırdığını deyib. 

- Zərnigar xanım necəsiniz? 

- Günortadır, ancaq yuxudan təzə durmuşam. Axşamları gec yatıram. Kefim əladır, özümü çox yaxşı hiss edirəm. 

- Gününüzü necə keçirirsiniz? 

- Yaz, yay, payız fəsillərində çöldə oluram. Qışda isə evdə oturmağa üstünlük verirəm. Soyuğa dözümüm yoxdur. Hərdən qonşulara əsəbiləşirəm. Həmin vaxt həyətə düşüb, gəzirəm.

- Dünyada, ölkədə baş verənləri izləyirsinizmi? 

- Bizdə baş verənlərdən xəbər tutmaq üçün telekanallarımıza baxıram. Harada maraqlı məlumat tapdımsa, oturub ona baxıram. Eyni zamanda Rusiya kanallarını da izləyirəm. Bundan əlavə alimlərin çıxışlarını izləyirəm. Elmi təbliğ edən adamlara qulaq asmaq mənə maraqlı gəlir.

Həmçinin intellektual verlişlərə baxıram. Efirlərinə çox maraqlı insanlar çıxır. Fərqi yoxdur, sənət, siyasət, iqtisadiyyat xəbərləri olsun, çalışıram hamısını izləyim. 

- Kitab oxuyursunuzmu?

- Yox, kitab oxumuram. Başımı aşağı salanda özümü pis hiss edirəm. Şəkərim var. Bu xəstəlik məni incidir.

- Maddi durumunuz necədir? 

- Dövlət mənə yaxşı təqaüd verir. Yaşayıram, şəraitim yaxşıdır. Maddi çətinliyim yoxdur.

- Bəs, filmlərə dəvət alırsınızmı?

- İndi filmlərə çəkiləcək halda deyiləm. Həm yaşım, həm də fizki qüvvəm buna imkan vermir. Çəkilişlər əsəb, stress hesabına başa gəlir. Belə şeylərə dözə bilmərəm. Buna görə də kinoya çəkilmək istəmirəm. Təklif etsələr də, qəbul etmərəm.

- Ən çox şəhərimizin hansı hissəsində gəzirsiniz? 

- Gəncliyim "Tarqovu" da keçib. Orada daha çox oluram. Evimin ətrafında gəzirəm. 

- Sənət yoldaşlarınızla əlaqəniz varmı?

- Hərdən danışırıq. Onlar məşğul və yorqun olurlar. Ev, uşaq qayğıları olur. Düşüncələr tamam başqadır. İmkan olanda zəngləşdiyim adamlar var. Onlarla əlaqə saxlayıram. 

- Teatra heç getmirsiniz?

- Yox. Mən evi xoşlayıram. Şəkərim var. İnsanlar çox olan yerlərə gedə bilmirəm. Bu, mənə pis təsir edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib

22 Avqust 2017 07:37

Təqaüdçüləri aldadan şəxs tutuldu - VİDEO

22 Avqust 2017 07:33

Bu gün futbol üzrə ÇL-in "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək

22 Avqust 2017 07:22

Mazolu bir gündə sağaldan -TƏBİİ ÜSULLAR

22 Avqust 2017 07:03

"Qarabağ" Danimarkadadır

22 Avqust 2017 06:44

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: xəsarət alan var

22 Avqust 2017 06:42

Kapitan üçün əlamətdar tur - Rəşad Sadıqov 300-ə çatdı

22 Avqust 2017 06:33

ABŞ-da məhkəmə hakimi cinayətkarı güllələyib

22 Avqust 2017 06:22

DİQQƏTLİ OLUN! - Hesabınız oğurlana bilər

22 Avqust 2017 06:03

Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb

22 Avqust 2017 05:52

Səfir: İraq 2 ay ərzində tamamilə İŞİD-dən azad olunacaq

22 Avqust 2017 05:37

Tramp xanımı və oğlu ilə birgə Günəş tutulmasını izlədi

22 Avqust 2017 05:33

88 yaşında internet fenomeni oldu - FOTOLAR

22 Avqust 2017 05:03

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb

22 Avqust 2017 04:52

Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var

22 Avqust 2017 04:47

Türkiyə HHQ 4 terrorçunu məhv etdi

22 Avqust 2017 04:33

Türkiyədə zəlzələ olub

22 Avqust 2017 04:27

Sənəti ilə dünyaya səs saldı - FOTOLAR

22 Avqust 2017 04:08

Fox News: Tramp Əfqanıstana 4 min hərbçi göndərəcək

22 Avqust 2017 03:44

İraqın Tall-Afar şəhərini 40 min sakin TƏRK ETDİ

22 Avqust 2017 03:33

Tramp Əfqanıstana daha 4000 əsgər göndərəcək

22 Avqust 2017 03:27

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" - İnyesta

22 Avqust 2017 03:03

"Azərbaycan muğamını öyrənirəm" - Ruslana

22 Avqust 2017 02:28

UEFA-dan Cüneyt Çakıra təyinat

22 Avqust 2017 02:16

Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə izləyib

22 Avqust 2017 02:12

Günel nişanlısı ilə barışdı

22 Avqust 2017 02:09

Amerikalı hərbçilərin axtarışı davam edir

22 Avqust 2017 01:50

Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

22 Avqust 2017 01:28

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

22 Avqust 2017 01:28

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" -

22 Avqust 2017 01:10

İtaliyada zəlzələ olub, xəsarət alanlar var

22 Avqust 2017 00:47

Türkiyə və İran PKK-ya qarşı birləşir

22 Avqust 2017 00:44

Xəyanət edən ərindən belə qisas aldı - FOTO

22 Avqust 2017 00:28

Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib

22 Avqust 2017 00:27

Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

22 Avqust 2017 00:19

Kapitan üçün əlamətdar tur -

22 Avqust 2017 00:18

Vasif Talıbov sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib

22 Avqust 2017 00:12

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08

Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

22 Avqust 2017 00:02

Ölənlərin sayı 500 nəfəri ötdü -

21 Avqust 2017 23:55

Valideynlərin nəzərinə: Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

21 Avqust 2017 23:48

Rostovda yanğında 36 nəfər xəsarət alıb

21 Avqust 2017 23:35

Rostov vilayətində fövqəladə vəziyyət

21 Avqust 2017 23:34

Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

21 Avqust 2017 23:27

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07