Kürdəmir və Tərtər rayonlarının daha iki kəndinə qaz verilib

Kürdəmir və Tərtər rayonlarının daha iki kəndinə qaz verilib
17:47 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunun Türkədi və Tərtər rayonunun Seydimli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Kürdəmir rayonunun Türkədi kəndinin 100 abonenti var. Kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 493 metrlik metal borularla qaz xətləri çəkilib, mənzillərə 100 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tərtər rayonunun 625 abonenti olan Seydimli kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 28 586 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/kurdemir-ve-terter-rayonlarinin-daha-iki-kendine-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR