Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA elmi işçilərinin sosial təminatını yaxşılaşdırır

AMEA elmi işçilərinin sosial təminatını yaxşılaşdırır

Date: 18 November 2016 17:47

Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan elminin inkişaf doktrinası" layihəsini hazırlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünki iclasında məlumat verən AMEA prezidenti Akif Əlizadə bildirib ki, layihədə elmin idarə edilməsi, təşkili və maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ- hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra layihə bəyənilib və onun təsdiq olunması üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

Milli.Az


Tags:  AMEA elmi işçilərinin sosial təminatını yaxşılaşdırır

RƏYLƏR


Top news