"Azəriqaz"dan "qaynar xətt"indəki problemlərə MÜNASİBƏT

"Azəriqaz"dan "qaynar xətt"indəki problemlərə MÜNASİBƏT
17:52 18 Noyabr 2016
254 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaxın günlərdə "Azəriqaz" İstehsalat Birliyinin 104 nömrəli "qaynar xətti"nin saytı istifadəyə veriləcək.

Milli.Az bildirir ki, bunu Trend-ə "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

İ.Kərbəlayev deyib ki, həmin sayta daxil olmaqla müvafiq məsələlərlə bağlı müraciət etmək, sual vermək olacaq.

Vətəndaşların İB-nin 104 və 185 nömrəli "qaynar xət"lərinə çətinliklə düşmələrinə gəldikdə, o qeyd edib ki, bəzən müraciətlər çox olanda gözləmələr də çox olur.

Qaz istismar sahələrinin fəaliyyəti ilə bağlı müraciətlərə isə İ.Kərbəlayev belə aydınlıq gətirib: "Ərazi üzrə qaz istismar sahələri artıq regional idarələr olub. Yəni həm Bakı, həm də regionlarda idarələr yaradılıb, yerlərdə xidmət sahələri var. Daxil olan müraciətlər aidiyyəti üzrə elektron qaydada sahələrə göndərilir".

Bu gün Bakının bəzi ərazilərində qaz verilişində müşahidə olunan məhduddiyyətlərə gəlincə, qurum rəsmisi bildirib ki, bununla bağlı müraciətlər daxil olmayıb: "Ola bilər ki, kiminsə fərdi qaydada, mənzilində təbii qazın verilişi ilə bağlı problem var. Bununla bağlı "qaynar xət"lərə müraciət edə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR