Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı ŞOK QƏRAR - FOTO

Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı ŞOK QƏRAR - FOTO
17:52 18 Noyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə uşaqlara cinsi istismar edənlərin zərər çəkənlə evləndirilməsinə dair təklif irəli sürüb. 

Milli.Az bildirir ki, bu barədə lent.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Təklifdə qeyd olunur ki, təcavüz edənlə zərərçəkən evlənərsə, cinayətkarın cəzası təxirə düşə bilər. 

Təklif olunan qanun dəyişikliyinə MHP və CHP sərt etirazlarını bildirib.

Parlamentdə və sosial şəbəkələrdə böyük etirazla qarşılanan təklifə münasibət bildirən Türkiyənin Ədalət naziri Bekir Bozdağ isə qanun dəyişikliyini dəstəklədiyini açıqlayıb:

"Hazırda 3-4 min belə insan həbsxanalardadır. Bu hadisədə ən çox zərərçəkən qadındır. Buna görə bu problemi uyğun şəkildə həll etməyə çalışırıq".

Müzakirələrə və etirazlara baxmayaraq, qanun dəyişikliyi ilk səsvermədə qəbul edilib.

MHP və CHP millət vəkillərinin yenidən açıq səsvermə tələbindən sonra təklif səs çoxluğu ala bilməyib. Buna görə sözügedən qanun dəyişikliyinə növbəti həftə yenidən baxılacaq.

Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslə münasibətə girirsə, o cinayət məsuliyyətinə cəlb olunmalıdı, amma əgər qız həmin şəxslə evlənəcəyini bildirirsə, o zaman şəxs məsuliyyətdən azad olunur.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR