İlkin olaraq 1850 sosial ev tikiləcək - Agentlik sədri

İlkin olaraq 1850 sosial ev tikiləcək - Agentlik sədri
17:59 18 Noyabr 2016
400 Digər
Ölkə mətbuatı
A- A+

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq. 

 

Lent.az-ın məlumatına görə, bunu Agentliyin rəhbəri Samir Nuriyev AzTV-də yayımlanan “Günün nəbzi” verilişində deyib.

 

 

S.Nuriyevin sözlərinə görə, kompleksdə mənzillər 1, 2 və 3 otaqlı olacaq: “ Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq. Bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq”.

 

S.Nuriyev  bildirib ki, mənzillərin ölçülərini daha aşağı etmək olardı: "Amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq".

 

“Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir. onların ölçüləri də münasibdir. Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək” –deyə, qurum rəsmisi əlavə edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR