Sovet kinosunun ulduzlarından bayram - FOTO

Sovet kinosunun ulduzlarından bayram - FOTO
18:05 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Teatral oxucularımız bilməmiş deyillər ki, artıq iki gündür V.V.Mayakovski adına Moskva Akademik Teatrı paytaxtımızda qastrol səfərindədir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin "Böyük qastrollar-2016" qastrol proqramı çərçivəsində həyata keçirilən səfər çərçivəsində qocaman teatr kollektivi dünən S.Vurğun adına Rus Dram Teatrının səhnəsində mərhum rejissor Serqey Arçibaşevin quruluşunda N.V.Qoqolun "Evlənmə" əsərinin tamaşası ilə çıxış etdilər. Bu axşam bu səhnə əsəri təkrar oynanılacaq. Noyabrın 19-20-si tarixlərində isə moskvalı aktyorlar Mindauqas Karbayskisin quruluş verdiyi Maryus İvaşkyaviçusun "Rus romanı" əsərinin tamaşasını təqdim edəcəklər. "Rus romanı" Lev Nikolayeviç Tolstoy və xanımı Sofya Andreyevnanın timsalında ədibin həyatının, yaradıcılığının, xüsusən də "Anna Karenina" romanının özünəxas tədqiqidir. Qeyd olunmalıdır ki, qastrol proqramı xüsusi diqqətlə tərtib olunub. Elə təkcə "Evlənmə" səhnə əsərinin yüz dəfələrlə oynanılmasını qeyd etmək kifayətdir. Bu tamaşada rolları Svetlana Nemolyayeva, İqor Kostolevski, Zoya Kaydanovskaya, Mixail Filippov, Rasmi Cəbrayılov, Dmitriy Prokofyev, Yevgeni Paramonov, Konstantin Konstantinov, İqor Marıçev, Oksana Kiselyova, Viktor Dovjenko, Andrey Qusev və başqaları ifa edirlər.

"Rus romanı" tamaşasında isə əsas rollarda Yevgeniya Simonova, Tatyana Orlova, Aleksey Dyakin, Vera Panfilova, Serqey Udovnik, Yuliya Solomatina, Maya Polyanskaya kimi aktyorları görə biləcəyik.

* * *

Onlar həqiqi "ulduz" kimi yalnız peşəkarlıqları ilə parlayan və buna görə də ünsiyyətdə süni pafosdan, xudbinlikdən çox-çox uzaq olan əsl sənətkarlardır. Milli.Az olaraq kifayət qədər intensiv kino karyerası olan Rusiyanın xalq artisti Svetlana Nemolyayevadan nə vaxtsa Bakı kinostudiyasından dəvət alıb-almaması və ölkəmizlə bağlı təəssüratlarını xəbər aldıq:

S.Nemolyayeva:

"Keçmiş SSRİ-nin bir çox kinostudiyalarında çəkilsəm də, ya da sınaq çəkilişlərində iştirak etsəm də, Bakı kinorejissorları nədənsə məni heç vaxt dəvət etməyiblər. Amma əvəzində bununla artıq ikinci dəfədir ki, teatrımızın tamaşası ilə Bakıda qastroldayıq. Birinci dəfə 1990-cı illərin əvvəllərində mərhum həyat yoldaşım Aleksandr Lazarevlə birlikdə oynadığımız "Kruq" tamaşasını gətirmişdik. Mərhum Heydər Əliyev də tamaşaçılar arasında idi və heç yadımdan çıxmaz, o, mənə qırmızı qızılgüllərdən ibarət böyük gül dəstəsi hədiyyə etmişdi. Həmin anda yoldaşım onu da səhnəyə dəvət etmişdi... Çox maraqlı, unudulmaz anlar idi... Yaxşı ki, fotolar qalıb...

* * *

Rusiyanın xalq artisti Iqor Kostolevski isə Bakıdakı dostlarından və ümumiyyətlə, sənət adamları arasındakı əlaqələrin əhəmiyyətindən danışdı:

"Saytınız vasitəsilə dostum, ən yaxşı diktor və aparıcılardan biri Rafiq Hüseynliyə salam göndərirəm. O, həm də çox gözəl insandır. "Tehran-43" filminə çəkiləndə Bakıda keçirdiyim günləri çox yaxşı xatırlayıram. Rafiq məni olduqca yaxşı qəbul etmişdi. Vaxtımızı çox yaxşı keçirirdik. Sonuncu dəfə Bakıda 1986-cı ildə "Qanuni nikah" filminin çəkilişlərində də Bakıda da olmuşam. Bakı unikal şəhərlərdən biridir. Gözəl həyat yaşamaq üçündür. Memarlığı qeyri-adidir. Paytaxtınızda müxtəlif xalqlara, ölkələrə aid məhəllələrin olması isə ab-havanı daha da gözəlləşdirir. Özü də bu məhəllələr ümumi mədəni ənənələrlə səsləşir, uyğunlaşır, bax, bu çox yaxşı təəssürat doğurur.

Əlbəttə, Azərbaycanın teatr və kino sənəti haqqında vaxtaşırı məlumatlar gəlib-çatır bizə. Rus Dram Teatrınız da Moskvaya qastrola gəlmişdi. Amma təbii ki, daha çox məlumatlı olmaq, daha sıx ünsiyyətdə olub daha yaxından dostluq etmək istərdik. Çünki belə münasibətlər istənilən halda yaxşılığa doğru nələrinsə baş verməsinə şübhəsiz ki, daha böyük töhfə verir nəinki siyasi əlaqələr..."

Samirə Behbudqızı
Milli.Az









OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Kamçatka silkələndi

31 Mart 2017 04:34

Aleksis Sançezin transferi ilə bağlı üstüörtülü açıqlaması

31 Mart 2017 04:32

“Ölüm mələyi”ni kamerada döyüb öldürdülər

31 Mart 2017 04:09

Bakıda avtobus piyadanı vurdu

31 Mart 2017 03:53

Qəbələdə kişi həyat yoldaşını qətlə yetirib

31 Mart 2017 03:45

Ollandın “Feysbuk” səhifəsi dağıdıldı

31 Mart 2017 03:44

Fars Körfəzində villa - FOTO

31 Mart 2017 03:32

Rusiyada güclü zəlzələ oldu

31 Mart 2017 03:28

Şamaxıda 2 ev yandı

31 Mart 2017 03:14

Tarixin ən qanlı müharibələri - FOTOLAR

31 Mart 2017 02:58

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32