Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyaya qarşı sanksiyalar qüvvədə saxlanıldı

Rusiyaya qarşı sanksiyalar qüvvədə saxlanıldı

Date: 18 November 2016 18:05

ABŞ prezidenti Barak Obama və Avropa Birliyinin liderləri Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması barədə razılığa gəliblər.

Milli.Az APA-ya istinadən bildirir ki, Berlində keçirilən görüşdə müttəfiqlər qərara alıb ki, Rusiya Minsk razılaşmalarının öz üzərinə düşən hissəsini yerinə yetirənədək sanksiyalar qüvvədə qalmalıdır.

Görüşdə Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın baş nazirləri - Angela Merkel, Tereza Mey, Matteo Renzi, Mariano Rahoy, eləcə də Fransa prezidenti Fransua Olland iştirak ediblər.
 
Qeyd edək ki, səlahiyyət müddəti başa çatmaqda olan Barak Obama sonuncu dəfə Avropaya səfərə çıxıb.

Milli.Az


Tags:  Rusiyaya qarşı sanksiyalar qüvvədə saxlanıldı

RƏYLƏR


Top news