Moskva MOİK-nin futbolçusu Roman Yeryomenko ağır şəkildə cəzalanıb. Fanat.Az xəbər verir ki, UEFA tərəfindən Finlandiya millisinin üzvü futboldan uzaqlaşdırılma cəzasına məruz qalıb.
29 yaşlı oyunçu sentyabrın 14-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Bayer”lə keçirilən qarşılaşmadan sonra dopinq-testdən keçmiş və nəticəsi müsbət çıxmışdı. UEFA əvvəlcə oktyabrın 6-da onu 1 ay müddətinə diskvalifikasiya etmişdi. Lakin indi futbolçu 2 illik cəzaya məruz qalıb.
Fanat.Az