Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dekoderlərin alışı xeyli artıb

Dekoderlərin alışı xeyli artıb

Date: 18 November 2016 18:12

Ölkədə rəqəmsal televiziya yayımına keçidlə əlaqədar olaraq "Azərpoçt" MMC tərəfindən 20 mindən çox dekoder satılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Qeyd edək ki, rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri ("Set-Top-Box") istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları poçt şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan anten vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Xatırladaq ki, respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım dayandırılacaq.

Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xətt"nə zəng etmək olar.

Milli.Az


Tags:  Dekoderlərin alışı xeyli artıb

RƏYLƏR


Top news