Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bankomatlardan 5 dollardan artıq çıxarmaq qadağan edildi - Venesuellada

Bankomatlardan 5 dollardan artıq çıxarmaq qadağan edildi  - Venesuellada

Date: 18 November 2016 18:38

Venesuellada şəxsi hesablardan gündəlik çıxarışlara limit tətbiq edilir.

Publika.az xəbər verir ki, ölkədə hər bir vətəndaş hesabından cəmi 5 dollar çəkə bilər. Qərar ölkədə pul kütləsinin azalması səbəbindən verilib. Maliyyə müəssisələrinin, dövlətin, eləcə də özəl sektorun pulu 50 faizə qədər azalıb.

Nəzərə çatdıraq ki, hesablardan çıxarışlara limit dekabr ayının 1-dən qüvvəyə minəcək. Hazırda da ölkədə bankomatlardan 10 min bolivardan artıq pul çıxarmaq olmur.

Ölkədə inflyasiya kritik həddə çatıb. 1 fincan qəhvə 900, 1 litr süd 1200, 1 kq pendir 500, 1 kq qənd 3500 bolivardır. Nikolas Maduro hakimiyyətinin qərarları ölkədə hiperinflyasiyaya gətirib çıxarıb.

İqtisadiyyat şöbəsi


Tags:  Bankomatlardan dollardan çıxarmaq qadağan edildi Venesuellada

RƏYLƏR


Top news