"Bakcell" Sumqayıtda yeni Satış və Xidmət Mərkəzi açıb

"Bakcell" Sumqayıtda yeni Satış və Xidmət Mərkəzi açıb
18:42 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti xidmət və məhsullarını abunəçilərinə yaxın etmək məqsədilə Sumqayıt şəhərində sayca 3-cü Satış və Xidmət Mərkəzini (SXM) açıb. 
"Report"un məlumatına görə, "Bakcell" abunəçiləri şəhərin Üzeyir Hacıbəyov küçəsində (Şərq bazarının yanında) yerləşən yeni konsept və dizaynlı SXM-də xidmət və məhsullar haqqında məlumat əldə etməklə yanaşı, satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.
"Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Açılışına toplandığımız bu yeni SXM Azərbaycanda ən böyüyüdür. İnanırıq ki, şəhər sakinləri və qonaqlar bu mərkəzdə xidmətlərimizdən rahatlıqla faydalanacaqlar", - deyə "Bakcell"in baş icraçı direktoru Nikolai Bekers bildirib.
Qeyd edək ki, hazırda "Bakcell"in paytaxt və bölgələrdə 30 SXM-si abunəçilərinə xidmət göstərir. Şirkət onların sayını bir qədər də artıracaq



Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-sumqayitda-yeni-satis-ve-xidmet-merkezi-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR