Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək

Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO (16 Mart 2017 16:52)
Nardaran Bilik evində Əziz Əliyevin120 illik yubileyi ilə bağlı tədbir keçirilib (09 Mart 2017 20:32)
Əziz Əliyevin 120 illik yubileyi keçirildi - FOTO (09 Mart 2017 17:47)

Tarix: 18 Noyabr 2016 18:42

Bakı. 18 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sənəddə deyilir ki, 2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi tamam olur.
Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.
Sərəncama əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Teqlər:  Görkəmli dövlət elm xadimi Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək



RƏYLƏR


Top xəbərlər