Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Nardaran Bilik evində Əziz Əliyevin120 illik yubileyi ilə bağlı tədbir keçirilib (09 Mart 2017 20:32)
Əziz Əliyevin 120 illik yubileyi keçirildi - FOTO (09 Mart 2017 17:47)
Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi keçiriləcək (02 Mart 2017 18:42)

Tarix: 18 Noyabr 2016 18:43

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi tamam olur.

Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Sərəncamda qeyd olunur ki. Azərbaycan xalqı qarşısında böyük xidmətlərini nəzərə alaraq görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Teqlər:  Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək SƏRƏNCAM



RƏYLƏR


Top xəbərlər