Mağazadan 2500 manatlıq oğurluq edənlər saxlanıldılar - VİDEO - FOTO

Mağazadan 2500 manatlıq oğurluq edənlər saxlanıldılar - VİDEO - FOTO
18:47 18 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda 2 tanış əlbir olaraq geyim mağazasını qarət ediblər.

ARB TV xəbər verir ki, zərərçəkən şəxsə 2500 manat məbləğində ziyan vuranlar isti izlərlə saxlanılıblar.

RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədənlərin, şəhər sakini Elvin Heydərov və Köhnə Xaçmaz kənd sakini Əziz Hacıbalayev olduğu müəyyənləşib. İstintaq zamanı məlum olub ki, Əziz və Elvin qabaqcadan əlbir olaraq oğurluq planı hazırlayıblar.

Elvin Heydərov 27 BX-311 dövlət nömrə nişanlı "Kia Rio" markalı avtomaşınla Xaçmaz şəhəri, Nəriman Nərimanov prospektində yerləşən Axunbala Kərimova məxsus mağazanın qarşısında pusquda dayanıb. Əziz Hacıbalayev isə mağazanın qapısını sındıraraq içəri daxil olub. Mağazadan müxtəlif adda uşaq, qadın və kişi paltarları oğurlanıb. Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Əziz Hacıbalayev və Elvin Heydərovun digər oğurluq əməllərində iştirak edib-etməmələri araşdırılır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/490903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR