Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Voleybol üzrə qadınlar arasında Avropa çempionatının finalı Bakıda keçiriləcək

Voleybol üzrə qadınlar arasında Avropa çempionatının finalı Bakıda keçiriləcək

Date: 18 November 2016 18:49

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, 2017-ci ilin sentyabr–oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

 

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsinin üzvləri

 

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

 

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

 

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri,

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

 

Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti

 

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

 

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

 

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

 

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri

 

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

 

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

 

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

 

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi

 

Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti

 

Bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirməlidir.

 


Tags:  Voleybol üzrə qadınlar arasında Avropa çempionatının finalı Bakıda keçiriləcək


RƏYLƏR


Top news