BP Xəzərdəki neft platformasında yenidən işə başladı

BP Xəzərdəki neft platformasında yenidən işə başladı
18:52 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Şərqi Azəri" platformasında profilaktik işlər başa çatıb.

Milli.Az xəbər verir ki, BP Azerbaijan-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, platformada noyabrın 7-də başlamış 12 günlük profilaktik işlər bu gün təhlükəsiz şəkildə və uğurla başa çatdırılıb, platforma günortadan sonra yenidən işə salınıb.

Plana əsasən, "Şərqi Azəri" platformasından hasilatın dayandırılmasına səbəb planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması idi. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2015-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2016-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından - "Mərkəzi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli", "Çıraq" və "Qərbi Çıraq" paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/490907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR