İŞİD-in liderlərindən biri Pakistanda vuruludu

İŞİD-in liderlərindən biri Pakistanda vuruludu
18:57 18 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistan paytaxtı yaxınlığındakı Marri şəhəri rayonunda İŞİD terror qruplaşmasının komandirlərindən olan Exsan Sattai öldürülüb, iki terrorçu isə qaçmağa müvəffəq olub. Hadisə yerindən silah-sursat aşkar edilərək götürülüb.

Milli.Az AZƏRTAC-a istinadən bildiir ki, terrorizmlə mübarizə idarəsinin iki əməkdaşı yaralanıb.

Bu terrorçular İslamabad və Ravalpindi şəhərlərində terror aktları törətməkdə ittiham edilirlər.

Xatırladırıq ki, ötən şənbə Bəlucistan əyalətindəki məbədlərin birində törədilən partlayış nəticəsində 52 adam həlak olmuşdu. Partlayışa görə məsuliyyətini İŞİD qruplaşmasının yaraqlıları öz üzərinə götürmüşdü.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR