Tikinti obyektlərində bəzi qaydalarda DƏYİŞİKLİK

Tikinti obyektlərində bəzi qaydalarda DƏYİŞİKLİK
19:05 18 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na dəyişikliklər edib.

Milli.Az APA-ya istinadən bildirir ki,  texniki şərtlər elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.
 
Enerji təchizatı müəssisəsi (ETM)  xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına (MYİHO) müraciətinə (ərizəsinə) əsasən MYİHO-nun sorğusu əsasında ETM tərəfindən verilir. İndiyə qədər sorğunun və ya ərizənin qeydiyyata alındığı gündən 20 iş günü müddətində ETM texniki şərtin verilməsini təmin edib və bir qayda olaraq texniki şərtlərin qüvvədəqalma müddəti 2 il müəyyən edilib. Dəyişikliyə əsasən bundan sonra 10 iş günü müddətində ETM texniki şərtin verilməsini təmin etməlidir. MYİHO-ya və ya sifarişçiyə texniki şərtlərin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 10 iş günü müddətində yazılı məlumat verilibsə, artıq bu barədə 5 gün ərzində məlumat verilməlidir. İndiyə qədər ETM xidmət etdiyi rayon və ya şəhər üzrə ETŞ-nin sərbəst gücləri və qoşulma imkanları haqqında öz rəsmi internet səhifəsində məlumat verib. Bundan sonra ETM xidmət etdiyi rayon və ya şəhər üzrə ETŞ-yə qoşulma nöqtələrini və bu nöqtələrdə şəbəkənin sərbəst güclərini əks etdirən interaktiv elektron xəritəni öz rəsmi internet səhifəsində yerləşdirməlidir.
 
Digər dəyişiklik ETŞ-ə qoşulma xərci ilə bağlıdır. İndiyə qədər tikinti obyektləri üçün tələb olunan güc 7 kVt (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metr  olduqda (50 metr də daxil olmaqla), sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər və qoşulma haqqı ödənilməyib. ETM texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) ETŞ-yə qoşulma işlərini öz hesabına 15 iş günü müddətində həyata keçirib. Bundan sonra da tikinti obyektləri üçün tələb olunan güc 7 kVt-dək (7 kVt daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metrədək olduqda (50 metr daxil olmaqla), qoşulma haqqı ödənilməyəcək. Ancaq ETŞ-yə qoşulma işləri sifarişçinin müraciəti əsasında verilmiş texniki şərtlərə uyğun olaraq ETM ilə sifarişçi arasında razılaşdırılmış müddətdə sonuncunun, yəni sifarişçinin hesabına həyata keçiriləcək.
 
Qeyd edək ki, indiyə qədər tikinti obyektləri üçün tələb olunan gücün maksimal həddi 7 kVt-dan yuxarı olduqda, sifarişçi həm qoşulma haqqı ödəyib, həm də qoşulma işləri ilə bağlı xərcləri çəkib. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ-yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ-yə 5 iş günü ərzində qoşulub. Dəyişikliyə əsasən 5 iş günü müddəti də azaldılıb və 3 iş günü müddətinə endirilib.
 
Digər bir dəyişikliyə əsasən ETM artıq texniki şərtlərin hazırlanması və verilməsi sahəsində sənədləri elektron qaydada da qəbul edəcək. Başqa sözlə, ETM müəyyən edilmiş qaydada doldurulmuş sorğu, ərizə və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini və həmin sənədlərə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin edəcək.
 
Qoşulmaya dair tədbirlərin əhatə dairəsi də genişləndirilib. İndiyə qədər bu sahədə tədbirlərə Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən ETM və sifarişçinin iştirakı ilə qoşulan elektrik qurğularına (yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallar istisna olmaqla) texniki baxışın keçirilməsi, habelə texniki şərtlərin və layihənin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, 5 iş günü müddətində istismara buraxılış aktının verilməsi daxil olub. Bundan sonra isə tikinti obyektlərinin (yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallar istisna olmaqla) ETŞ-yə qoşulma işləri həyata keçirildikdən sonra 5 iş günü müddətində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən ETM və sifarişçinin iştirakı ilə həmin tikinti obyektlərinin elektrik qurğularına texniki baxış keçirilərək texniki şərtlərin və layihənin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, istismara buraxılış aktının verilməsi, sifarişçi ilə ETM arasında iki nüsxədə balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti və qoşulma aktlarının imzalanması, elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, ETM tərəfindən tikinti obyektinin elektrik qurğularının kommutasiya aparatı vasitəsilə ETŞ-yə fiziki qoşulması, gərginliyin və elektrik enerjisinin verilməsi həyata keçiriləcək. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32

Xidmətçinin ruhu kameraya düşdü - VİDEO

25 İyul 2017 23:32

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

25 İyul 2017 23:27

"Yunanıstana miqrant axını 99 faiz azalıb" - Çavuşoğlu

25 İyul 2017 23:27

İmicinizi dəyişmək istəyirsiniz?

25 İyul 2017 23:24

“Bundan da yaxşısını bacararıq” – “Şerif”in baş məşqçisi

25 İyul 2017 23:22

Kann vağzalında 156 mühacir saxlanıldı

25 İyul 2017 23:22

Qara turp və balın faydaları

25 İyul 2017 23:22

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

25 İyul 2017 23:22

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

25 İyul 2017 23:22

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

25 İyul 2017 23:17

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

25 İyul 2017 23:17

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:12

Sarımsaq yağının faydaları

25 İyul 2017 23:12

Sosial şəbəkələrdən telefon alanlar

25 İyul 2017 23:10

“Qarabağ” “Şerif”lə bacarmadı

25 İyul 2017 23:09

"Qarabağ" Jezniçaksız qaldı - SON DURUM

25 İyul 2017 23:07

Ona "Kardaşyanın əkizi" deyirlər - FOTO

25 İyul 2017 23:05

Samuxda baltalanan, saçı qırxılan qadının aqibəti: "Kənddə şaiyə yayıblar ki..."

25 İyul 2017 23:05

Gülnarə Xəlilovanın kitabı işıq üzü gördü – FOTO

25 İyul 2017 23:03

Mingəçevir sakini intihara cəhd edib

25 İyul 2017 23:02

ÇL: “Qarabağ” Bakıda "Şerif"in müqavimətini qıra bilməyib

25 İyul 2017 22:57

Psixopat insanları necə tanlmalı?

25 İyul 2017 22:57

Türkiyə təyyarəsində bomba həyəcanı

25 İyul 2017 22:54

Türkiyədən Suriyaya uzanan tunel tapıldı

25 İyul 2017 22:52

Sizofreniyanın əlamətləri

25 İyul 2017 22:52

“Qarabağ” – “Şerif” matçı heç-heçə yekunlaşdı

25 İyul 2017 22:51

Ayətullah Seyyid İsmayil Sədrdən həyat yoldaşına izahat

25 İyul 2017 22:47