Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hilton Trampı niyə seçdiyini açıqladı

Hilton Trampı niyə seçdiyini açıqladı

Date: 18 November 2016 19:05

Hilton otellərinin varisi, model və aktrisa Paris Hilton ABŞ-dakı prezident seçkilərində Donald Trampa səs verməsinin səbəbini açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, Trampı uşaqlığından bəri tanıdığı üçün ABŞ prezidenti kimi onu seçdiyini qeyd edib. Avstraliya televiziyalarının birində danışan Hiltona iş dünyasında Trampdan daha müvəffəqiyyətli olduğu deyilib. O isə ABŞ prezidenti ilə müqayisə edilməyin çox qürurverici olduğunu bildirib.

Bir varisin etirafları kitabından bəhs edən Hilton deyib:

"Bu, həqiqətən də, möhtəşəmdir. Onu bütün həyatım boyu tanıdım və o, mənə hər zaman dəstək olub. Kitabımda onun da olmasından çox qürur duyuram".

Paris Hilton gələcəkdə prezident olmaq istəməsi haqda ona ünvanlanan suala belə cavab verib:

"Qulağa xoş gəlir: Prezident Paris. Sevdim bunu".

Milli.Az


Tags:  Hilton Trampı niyə seçdiyini açıqladı

RƏYLƏR


Top news