Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mahir Şükürov: "İnanıram ki, azarkeşlərimiz bizi tək qoymayacaqlar"

Mahir Şükürov: "İnanıram ki, azarkeşlərimiz bizi tək qoymayacaqlar"

Date: 18 November 2016 19:05

"Neftçi"nin müdafiəçisi Mahir Şükürov klubun rəsmi saytına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu "Sumqayıt"la oyun ərəfəsində bunları bildirib:

"İnter"lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik. "Sumqayıt"a ilk dövrədə məğlub olmuşduq. Bu baxımdan bu qarşılaşmada azarkeşlərimizi sevindirmək isəyirik. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, onlar bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq".

Xatırladaq ki, "Sumqayıt" - "Neftçi" oyunu noyabrın 20-də "Kapital Bank Arena"da keçiriləcək və saat 14:00-da başlanacaq.

Milli.Az


Tags:  Mahir Şükürov İnanıram azarkeşlərimiz bizi qoymayacaqlar

RƏYLƏR


Top news