Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər yerinə yetirilir

Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər yerinə yetirilir

Date: 18 November 2016 19:12

Bakı. 18 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Neft Emalı Zavodunda 2016-cı il üçün nəzərdə tutulmuş ekoloji tədbirlər uğurla yerinə yetirilir. 
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında bildirilir. 
Məlumata görə, zavod ərazisində, istehsalat sahələrində ağaclar, mövsümi güllər əkilir, məişət tullantıları zərərsizləşdirilir, atmosferə atılan tullantılar minimuma endirilir. Ötən müddətdə “Alfa-Laval” qurğusundan istifadə olunmaqla müxtəlif avadanlıqlarda yığılıb qalmış 4147 ton neft şlamı zərərsizləşdirilib. 
Zavodun sahələrindən 1089 kubmetr həcmində məişət tullantısı daşınıb, ərazidən 350 tondan çox metal tullantı kənarlaşdırılıb. Texnoloji qurğuların movcud soyutma sistemi ilin isti aylarında tələbata cavab verə bilmədiyinə görə, Fransanın “Hamon Thermal Europe” şirkəti tərəfindən yeni susoyutma qurğusunun (qradirni) tikinti (məhsuldarlığı 7000 m3/ saat) işləri davam etdirilir. 
Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 №-li sahədə bioloji təmizləmə qurğusunda I pillədə 2 ədəd çökdürücü mexaniki qarışıqlardan təmizlənib, mexaniki qarışıq lil meydançasına vurulub. Zavodun istehsalat və sahələrində sərf olunmuş suyun miqdarına nəzarət etmək üçün 22 ədəd su sayğacı alınıb və quraşdırılıb, su itkisinin qarşısı alınıb. Zavodda ətraf mühitin mühafizəsi tədbirləri mütəmadi olaraq davam etdirilir.


Tags:  Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər yerinə yetirilir

RƏYLƏR


Top news