Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya neftin 30 dollara qədər ucuzlaşmasına hazırdır

Rusiya neftin 30 dollara qədər ucuzlaşmasına hazırdır

Date: 18 November 2016 19:22

Bakı. 18 noyabr. REPORT.AZ/ Stress ssenari ilə neftin qiyməti 30 dollar/barelə düşsə dövlət büdcəsində köklü dəyişikliklər baş verməyəcək. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin maliyyə naziri Anton Siluanov deyib.
Onun sözlərinə görə, son 2 ildə ilk dəfə, 2017-ci il büdcəsində əlavə manevr etmək imkanları yaranıb: "Neftin qiyməti büdcədə 40 dollar/barel götürülüb, amma qiymət 30 dollar/barelə düşsə belə, bütün büdcəni dəyişdirməyə bilərik".
A. Siluanov həmçinin qeyd edib ki, yeni büdcə qaydalarına əsasən, rublun məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaq üçün xarici aktivlərdən istifadə etmək mümkün olacaq. 


Tags:  Rusiya neftin 30 dollara ucuzlaşmasına hazırdır

RƏYLƏR


Top news