Ərdoğanın baş müşaviri Bakıya gəlir - FOTO

Ərdoğanın baş müşaviri Bakıya gəlir - FOTO
19:47 18 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə noyabrın 22-dən 27-ə qədər "Bakı-Türk Filmləri Həftəsi" keçiriləcək.

Milli.Az bildirir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, festival çərçivəsində məşhur rejissorların filmləri ilə yanaşı, kinosevərlər arasında xüsusi populyarlıq qazanan ekran işləri də nümayiş olunacaq.

Eyni zamanda uşaq bağçalarında TİKA və Yunus Emrə İnstitutunun təşəbbüsü ilə "İksir" adlı cizgi filmi də göstəriləcək.

Türk filmləri həftəsi çərçivəsində Bakıya türkiyəli aktyor və rejissorlarla yanaşı Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və millət vəkilləri də gələcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR