Kiyevdə IV Ümumukrayna Azərbaycanlıları Forumunun keçirilməsi planlaşdırılıb

Kiyevdə IV Ümumukrayna Azərbaycanlıları Forumunun keçirilməsi planlaşdırılıb
19:57 18 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Kiyevdə IV Ümumukrayna Azərbaycanlıları Forumunun keçirilməsi planlaşdırılıb. 
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) "Report"a verilən məlumata görə, Ukraynanın bütün regionlarında yaşayan azərbaycanlıların təmsil olunacağı forumda Azərbaycan və Ukraynadan dövlət və hökumət nümayəndələri, deputatlar, siyasətçilər və bu ölkədə yaşayan milli azlıqlara məxsus təşkilat rəhbərlərinin qatılması nəzərdə tutulub.
UABD sədri Hikmət Cavadov bildirib ki, forumun mövzusu Azərbaycan və Ukrayna münasibətlərindəki yeni dövrü əhatə edəcək: “Bu forum Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V qurultayında irəli sürdüyü tövsiyələrin icrası məqsədi ilə təşkil olunur."
Onun sözlərinə görə, bu ilin sonuna qədər keçirilməsi nəzərdə tutulan forumun mövzusu biznes, Ukraynada yaşayan azərbaycanlıların problemlərinin birgə müzakirəsi, ölkədəki azərbaycanlıların ictimai-siyasi fəaliyyətini daha da aktivləşdirmək üçün yeni proqramların qəbulu, o cümlədən Ukraynadakı biznes mühitinə Azərbaycanın təqdimatı olacaq: "Məqsəd Ukraynada yaşayan azərbaycanlıları iki ölkənin münasibətlərinin daha da dinamikləşməsinə cəlb etmək, bu məsələdə diasporun töhfəsini ortaya qoymaqdır. Biz Ukraynada fəaliyyət göstərən digər diaspor təşkilatlarımızı və milli-mədəni birliklərimizi forumun təşkilatçılığında aktiv olmağa çağırırıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/kiyevde-iv-umumukrayna-azerbaycanlilari-forumunun-kecirilmesi-planlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR