Xəstə nazirə böyrəklərini təklif edirlər

Xəstə nazirə böyrəklərini təklif edirlər
20:22 18 Noyabr 2016
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir çox hindistanlı xarici işlər naziri Sushma Swaraj-a böyrəyini təklif edib.
64 yaşlı nazir xroniki diabet xəstəliyindən əziyyət çəkir və bu ayın əvvəlində Delhi xəstəxanasında müalicə alıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, cənab Swaraj baş nazir Narendra Modi kabinetində ən yüksək nüfuza sahib nazirlərdən biridir.
Çərşənbə axşamı o böyrək çatışmazlığından əziyyət çəkməsi barədə tvit paylaşıb.
Bir çox daxili orqanlar kimi, böyrək də ianə etmək mümkündür, çünki adamlar bir böyrəklə də yaşaya bilər.
Sosial media istifadəçiləri nazirin tvitinə çox sürətlə cavab yazıb, bəziləri hətta telefon nömrələrini də qeyd edib.
Xanım Swaraj təklif edənlərə bir-bir cavab yazmasa da, "dostlarına" ümumi təşəkkürünü bildirib.
"Onlara minnətdarlığımı bildirmək üçün ifadə tapa bilmirəm", o tvitləyib.
Xarici işlər naziri Hindistanda xalqın yaşaması və xaricə səyahətinə dair sorğularına çox sürətlə reaksiya verən məmurdur.
Bu ayın əvvəlində o pakistanlı gəlinə Hindistanda öz toyunda iştirak etmək üçün viza almağa yardım edib.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR