Goranboyda yas mərasiminə gedən ailənin yaşadığı ev qarət olunub

Goranboyda yas mərasiminə gedən ailənin yaşadığı ev qarət olunub
20:22 18 Noyabr 2016
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 18 noyabr. REPORT.AZ/ Goranboy rayonunda fərdi yaşayış evindən oğurluq olub. 
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xoylu kəndində, Sənan Allahverdiyevə məxsus evdə qeydə alınıb. 
Belə ki, ailə üzvləri yaxın qohumlarının yas mərasimində olarkən qonşular Allahverdiyevlərin yaşadığı evin pəncərəsini açıq görüb və bu barədə ev sahibinə məlumat veriblər. Onlar yas mərasimindən qayıdarkən evin qarət olunduğunu görüblər. 
Zərərçəkənin qardaşı Hüseyn Allahverdiyev "Report"a bildirib ki, oğrular evə çöl pəncərədən girib, sandıqda olan qızıl-zinət əşyalarını və müəyyən miqdarda pulu götürüblər. 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-yas-merasimine-geden-ailenin-yasadigi-ev-qaret-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR